Hələlik hücuma görə kimin məsuliyyət daşıdığı barədə məlumat yoxdur
ABŞ Silahlı Qüvvələrinin Suriyadakı Xarab əl-Cir bazası raketlərlə vurulub. AYNA xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Qeyd edilib ki, hələlik hücuma görə kimin məsuliyyət daşıdığı barədə məlumat yoxdur. Hadisənin başqa təfərrüatları barədə məlumat verilməyib.
Sentyabrın əvvəlində 30-dan çox maşından ibarət ABŞ hərbi karvanı Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağındakı Amerika bazasına gəlib. Məlumata görə, avtomobillər logistika avadanlıqları və hərbi texnikanı daşıyıblar. Mənbə dəqiqləşdirib ki, konvoy Suriyanın şimal-şərqindəki Həsəkə vilayətindən gəlib.