ABŞ-ın Kiyevdəki səfirliyinin işinin bərpa ediləcəyi vaxt açıqlanıb

Dünya

28.04.2022 - 01:29

Həkimlər Klinikalar SEO Xidməti

Blinken bu prosesə çox ciddi yanaşıldığını bildirib

Ukrayna paytaxtında Amerika səfirliyinin yenidən açılması prosesi yəqin ki, bir neçə həftə çəkəcək.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Konqres Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmədə ona Kiyevdəki diplomatik missiyanın işinin bərpasının vaxtı barədə sual verilib.

Blinken cavabında bu prosesə çox ciddi yanaşıldığını bildirib.

“Diplomatik heyətimizi adekvat şəkildə təmin edə bildiyimizə əmin olmalıyıq. Düşünürəm ki, bu, növbəti bir neçə həftə ərzində baş verəcək. Senat Bridget Brinkin Ukraynaya səfir təyin olması məsələsinə tez bir zamanda baxarsa çox şad olarıq”,-deyə Blinken bildirib.

O xatırladıb ki, ABŞ Ukraynanın paytaxtından təxliyə edilmiş səfirlikdəki diplomatlarını əvvəlcə Lvova, sonra isə Kiyevə qaytarmaq niyyətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş