Demokratlar və respublikaçılar maliyyələşdirmə qanun layihəsi ilə bağlı razılığa gələ bilməyiblər
ABŞ-ın yeni maliyyə ili Konqres tərəfindən təsdiqlənmiş büdcə olmadan başlayıb və bu, federal hökuməti fəaliyyətini dayandırmağa məcbur edib.
AYNA.AZ “Fox News”a istinadən xəbər verir ki, demokratlar və respublikaçılar maliyyələşdirmə qanun layihəsi ilə bağlı razılığa gələ bilməyiblər.
Bir gün əvvəl ABŞ Senatı demokratlar tərəfindən təklif edilən müvəqqəti hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini rədd edib.
Texasdan respublikaçı senator Ted Kruz bəyan edib ki, ABŞ federal hökumətinin qismən bağlanması bir neçə həftə davam edə bilər.
Bu arada ABŞ Prezidenti Donald Tramp hökumətin oktyabrın 1-nə keçən gecə bağlana biləcəyini təklif edib və mövcud vəziyyətə görə Demokrat Partiyasının üzvlərini günahlandırıb.