ABŞ dövlət katibi Yaxın Şərqə səfər edəcək

Dünya

13.02.2025 - 12:46

Həkimlər Klinikalar SEO Xidməti

Marko Rubio Qəzzanın gələcəyi ilə bağlı danışıqlar aparacaq

ABŞ dövlət katibi Marko Rubio Qəzza ilə bağlı danışıqlar aparmaq üçün İsrail, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanına səfər edəcək. AYNA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

"O, fevralın 15-18-də İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər edəcək", - məlumatda qeyd olunub.

Dövlət katibinin Qəzza zolağının bərpası üçün gələcək addımları müzakirə etməyi planlaşdırdığı bildirilir. Rubionun yüksək vəzifəli rəsmilərlə görüşləri “ABŞ-ın regional əməkdaşlığın, sabitliyin və sülhün təşviqində maraqlarını inkişaf etdirəcək”.

ABŞ dövlət katibinin səfərində əsas diqqətdə amerikalıların və bütün digər girovların azad edilməsi və Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinə doğru irəliləyiş olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş