Qeyri-mühacir vizaları üçün rüsumlar 160 ABŞ dollarından 185-ə çatdırılacaq
ABŞ Azərbaycan vətəndaşları üçün viza rüsumunu 25 ABŞ dolları artırır. AYNA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 17-dən ziyarətçi vizası daxil olmaqla, müəyyən qeyri-mühacir vizaları üçün rüsumlar 160 ABŞ dollarından 185-ə çatdırılacaq.