Trampın sərəncamına əsasən Azərbaycandan ABŞ-a idxal olunan məhsullara 10 faiz rüsum tətbiq olunacaq
ABŞ Azərbaycan məhsullarına rüsum tətbiq edib. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, ABŞ Prezidenti Donald Tramp müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycandan ABŞ-a idxal olunan məhsullara 10 faiz rüsum tətbiq olunacaq.
Qeyd edək ki, Tramp 100-dən çox ölkəyə cavab rüsumları tətbiq edib. Tariflər bu gün, 3 aprel 2025-ci il tarixindən qüvvəyə minir.