Abramoviç "Qalatasaray"ı alır?

İdman

22.10.2025 - 15:35

İş adamının nümayəndəsi klubun satın alınması ilə bağlı xəbərləri təkzib edib

Rusiyalı iş adamı Roman Abramoviçin nümayəndəsi “Çelsi”nin sabiq prezidentinin Türkiyənin “Qalatasaray” klubunu almaq planı ilə bağlı yayılan xəbərləri təkzib edib. AYNA.AZ bu barədə TASS-a istinadən bildirir.

"Bu məlumat həqiqətə uyğun deyil. Cənab Abramoviç heç bir futbol klubu almır və ya sərmayə qoymur", - biznesmenin nümayəndəsi qeyd edib.

Xatırladaq ki, Türkiyənin “Sözcü” qəzeti bundan əvvəl Abramoviçin türk nəhənginin səhmlərinin nəzarət paketini almağı planlaşdırdığını yazıb.

Qeyd edək ki, Abramoviç 2003-cü ildə London "Çelsi"sinin sahibi olub. 2022-ci ilin mayında iş adamı klubu amerikalı investor Todd Boulinin rəhbərlik etdiyi konsorsiuma satıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş