Sursatlar təhlükəsiz şəkildə daşınması və məhv edilməsi üçün aidiyyəti üzrə təhvil verilib
Zəngilanda hərbi sursatlar aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd edilib ki, polis əməkdaşları rayonun Beşdəli kəndi ərazisində xidmətdə olan zaman 1 ədəd əl qumbarası, 18 ədəd müxtəlif növ mərmi, 122 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar ediblər.
Sadalanan sursatlar təhlükəsiz şəkildə daşınması və məhv edilməsi üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.