Zelenski və dörd Avropa lideri Trampla İstanbul danışıqlarını müzakirə edib

Dünya

16.05.2025 - 19:34

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna Prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderləri ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıblar.

AYNA.AZ-ın Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib.

Tərəflər İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında aparılan danışıqları müzakirə ediblər.

Zelenski ilə yanaşı, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Polşanın Baş naziri Donald Tusk da Trampla telefon danışığı aparıblar.

"Bəli, İstanbul danışıqları əsas müzakirə mövzusu olub", - S.Nikiforov qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş