Uktraya lideri görüşdə Ərdoğan və Trampın da iştirakını istəyir
Ukrayna xarici işlər naziri Andrey Sibiqa Türkiyə Prezidentinin və ABŞ Prezidentinin iştirakı ilə Ukrayna və Rusiya liderləri arasında görüşə hazır olduğunu təsdiqləyib. AYNA.AZ xəbər verir ki, bu barədə nazir 5-ci Antalya Diplomatik Forumunda keçirilən “ADF-Talks” ictimai müzakirəsi zamanı deyib.
Sibiqa Türkiyənin "unikal diplomatik təcrübəyə və qlobal təsirə" malik bir ölkə olduğunu qeyd edib. O Türkiyə tərəfinə, xüsusən də müharibənin başlamasından sonra Qara dənizdə "taxıl dəhlizi"nin yaradılmasına verdiyi dəstəyə görə bir daha təşəkkür edib.
"Məsələn, liderlər səviyyəsində görüş təşkil etmək üçün türk dostlarımıza da güvənirik. Buna görə də bu görüşə hazırıq. Həmçinin Türkiyədə. Mən Zelenski, Putin, Ərdoğan və Tramp arasında görüşdən danışıram. Biz bu mesajı Ukrayna Prezidentinin son səfəri zamanı türk dostlarımıza çatdırdıq", - Sibiqa bildirib.
Nazir vurğulayıb ki, Türkiyə sülh səylərində çox mühüm rol oynayır.