Zelenski Trampın Türkiyədəki görüşdə iştirakını dəstəkləyib

Dünya

13.05.2025 - 09:13

Həkimlər Klinikalar SEO Xidməti

“Hamımız istərdik ki, Prezident Tramp orada bizimlə - Türkiyədəki bu görüşdə olsun”

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya nümayəndə heyətləri arasında mayın 15-də İstanbulda mümkün birbaşa danışıqlarda iştirak etmək fikri düzgündür. AYNA.AZ bildirir ki, bu barədə Zelenski “Telegram”da yazıb.

"Əlbəttə, hamımız istərdik ki, Prezident Tramp orada bizimlə - Türkiyədəki bu görüşdə olsun. Bu, düzgün fikirdir. Biz çox şeyi dəyişə bilərik", - Zelenski qeyd edib.

Ukrayna lideri xatırladıb ki, daha əvvəl ABŞ Prezidentinin Rusiya Prezidenti Vladimir Putinlə “tam və qeyd-şərtsiz atəşkəs” və birbaşa danışıqlara dair təklifini dəstəkləyib: "Mən açıq şəkildə dedim ki, görüşə hazıram. Türkiyədə olacam. Ümid edirəm ki, ruslar bu görüşdən yayınmayacaqlar. Ukrayna öz tərəfindən atəşkəsi təmin etməyə hazırdır".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş