"Tərəfdaşlarımızla birgə mövqeyimiz tamamilə aydındır: müharibə bitməlidir”
Ukrayna Prezidenti Volodimirm Zelenski çərşənbə günü Kremldə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının nəticələrini müzakirə edib. AYNA.AZ xəbər verir ki, bu barədə Zelenskinin özü bildirib.
"Tərəfdaşlarımızla birgə mövqeyimiz tamamilə aydındır: müharibə bitməlidir. Və bu, vicdanlı son olmalıdır. Söhbətdə Avropa liderləri də iştirak etdi və mən onların hər birinə dəstəklərinə görə minnətdaram. Biz Moskvada elan olunanları müzakirə etdik. Ukrayna mütləq öz müstəqilliyini qoruyacaq. Hamımıza uzun və davamlı sülh lazımdır. Rusiya başladığı müharibəyə son qoymalıdır. Ukraynanı dəstəkləyən hər kəsə təşəkkürlər, Ukraynaya təşəkkürlər", - Zelenski vurğulayıb.
Söhbət Zelenski 2024-cü il avqustun 6-da Rusiya ərazisində başlayan iri hərbi əməliyyatlar çərçivəsində düz bir il əvvəl Kursk vilayətinə ilk daxil olan Ukrayna Silahlı Qüvvələri alayının yerləşdiyi əraziyə baş çəkdikdən sonra Sumı vilayətindən Kiyevə qayıdarkən olub.
"Görünür, Rusiya indi atəşkəsə daha çox meyllidir. Təzyiq onların üzərində işləyir. Amma əsas odur ki, bizi təfərrüatlarda aldatmasınlar - nə bizi, nə də ABŞ-ı", - Zelenski müraciətində deyib.