Zelenski NATO sammitində iştirak edə bilər

Siyasət

11.05.2022 - 22:46

Həkimlər Klinikalar SEO Xidməti

Görüşə Ukrayna liderinin qatılacağı istisna edilmir

Ukrayna Prezidenti Vladimir Zelenski iyun ayında Madriddə keçiriləcək NATO sammitində iştirak edə bilər. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə NATO baş katibinin müavini Mirça Coane deyib. O, NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının görüşünə Ukrayna liderinin qatılacağını istisna etməyib.

Qeyd edək ki, İspaniyanın paytaxtı Madrid şəhərində keçiriləcək sammit iyunun 28-dən 30-dək davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş