Zelenski: “Bu, tarixi gündür, Avropanın 4 ölkəsinin dəstəyini hiss etdik"

Aktual

17.06.2022 - 08:33

Həkimlər Klinikalar SEO Xidməti

Avropa ölkələri Ukraynanın Aİ-yə namizədliyini dəstəkləyirlər

Ukrayna Avropanın dörd güclü dövlətinin dəstəyini bir anda hiss etdi, bu gün tarixi gündür. AYNA UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

"Bu gün həqiqətən tarixi gündür - Ukrayna dörd güclü Avropa dövlətinin dəstəyini bir anda hiss etdi. Xüsusilə də bizim Avropa İttifaqına hərəkətimizə dəstəyi. İtaliya, Rumıniya, Fransa və Almaniya bizimlədir. Dörd liderin hamısı - və cənab Draqi, Yohannis, Makron və cənab Şolts Ukraynanın namizədliyini dəstəkləyirlər”, - deyə Prezident bildirib.

Zelenski vurğulayıb ki, bununla belə, bütün müvafiq prosedurlar tamamlanmalı, Aİ-yə üzv dövlətlərin hamısı buna qoşulmalıdır.

"Ancaq bugünkü görüşümüzdə böyük addım atıldı - irəliyə doğru bir addım. Liderlərdən başqa bir fundamental şeyi eşitmək mənim üçün vacib idi - onlar razılaşırlar ki, müharibənin sonu və Ukrayna üçün sülhün əldə edilməsi məhz Ukraynanın gördüyü yol olmalıdır. Onları bizim xalqımız necə görür”, - deyə dövlət başçısı deyib.

Zelenski həmçinin liderlərə Ukraynanı dəstəklədiklərinə görə təşəkkür edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş