Xalq artisti 1-ci Fəxri Xiyabanda torpağa tapşırılıb
Beynəlxalq Muğam mərkəzində bu gün vəfat edən Xalq artisti Arif Babayevlə vida mərasimi keçirilib.
AYNA.AZ xəbər verir ki, mərasimdə Xalq artistinin ailə üzvləri, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Arif Babayevlə vida mərasiminə əklil göndərib.
Vida mərasimindən sonra A.Babayev 1-ci Fəxri Xiyabanda dəfn edilib.
Allah rəhmət eləsin!