Zəfər abidəsi kompleksi ilə bağlı çoxmərtəbəli bina sökülür

Xəbərlər

22.09.2022 - 14:58

Bina sakinlərinə müvafiq kompensasiya ödənilib

Bakı şəhəri, Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina sökülür.

AYNA APA-ya istinadən xəbər verir ki, bina Zəfər abidəsi kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülür.

Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib. Artıq bina sakinlərinə müvafiq kompensasiya ödənilməsi prosesi başa çatdığından binanın sökülməsi prosesinə başlanılıb.

Müəllif: Ayna.az