Zaqatalada qadını avtomobil vuraraq öldürüb

Hadisə

01.07.2023 - 08:31

Həkimlər Klinikalar SEO Xidməti

Xəstəxanaya aparılan qadının həyatını xilas etmək mümkün olmayıb

Zaqatalada qadını avtomobil vuraraq öldürüb. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Qandax kəndində baş verib.

Belə ki, kənd sakini Şamama Şabanovanı "VAZ-2107" markalı avtomobil vurub. Ağır xəsarətlər alan qadın Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş