Zakir Həsənov Nadim Axtar Xan ilə görüşüb

Xəbərlər

15.11.2023 - 02:53

Azərbaycanla Pakistan arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq müzakirə edilib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri davam edir.

Müdafiə Nazirliyindən AYNA-ya verilən xəbərə görə, səfər çərçivəsində Müdafiə Nazirliyinin rəhbər heyəti Pakistan İslam Respublikasının Aviasiya Kompleksinin sədri, aviasiya vitse-marşalı Nadim Axtar Xan ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş