Zakir Həsənov: “Ermənistan Azərbaycanın sülh təklifinə müsbət yanaşmalıdır”

Xəbərlər

02.02.2023 - 15:56

Nazir azad edilmiş ərazilərin minalardan təmizləndiyini, yenidənqurma və bərpa prosesinin aparıldığını vurğulayıb

“Ermənistan Azərbaycanın sülh təklifinə müsbət yanaşmalıdır”. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qarsda keçirilən “Qış təlimi-2023”ün Yüksək səviyyəli müşahidəçi günündə bildirib.

Nazir azad edilmiş ərazilərin minalardan təmizləndiyini, yenidənqurma və bərpa prosesinin aparıldığını vurğulayıb.

“Biz Azərbaycan Ordusu üçün peşəkar kadrların hazırlanmasındakı dəstəyinə görə Türkiyəyə təşəkkür edirik. Türkiyənin son illər müdafiə sənayesindəki uğurları bizi sevindirir”, - Zakir Həsənov vurğulayıb.

Müəllif: Ayna.az