Bölgənin Fövqəladə Hallar Xidməti hadisə yerində araşdırma aparır
Türkiyənin Çorum bölgəsində yüzdən çox şagird qazdan zəhərlənib. AYNA Türkiyə mətbuatına əsasən xəbər verir ki, şagirdlərdən 5-nin vəziyyəti ağırdır.
Şəhərin icra oqanlarından verilən məlumatda bildirilir ki, şagirdlər Ömər Dərindərə adına liseyin qızlar yataqxanasında səhər saat 5:40 radələrində qazdan zəhərləniblər və dərhal xəstəxanaya aparılıblar.
Təcili tibbi yardım görən şagirdlərdən 20-si müalicəsini davam etdirir, 5-i hələ də reanimasiyadadır.
Bölgənin Fövqəladə Hallar Xidməti hadisə yerində araşdırma aparır.
Baş verən hadisə ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çorum vilayətinin rəhbəri Mustafa Çiftçi ilə telefon əlaqəsi saxlayaraq vəziyyət və şagirdlərin durumu ilə bağlı məlumat alıb.