Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var 

Hadisə

26.04.2024 - 02:32

Yaralanan şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. AYNA-nın "Report"a istinadən məlumatına görə, "Toyota" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü Habil Əbdül oğlu İsmayılov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Avtomobildə sərnişin qismində olan digər şəxsin isə ayağı sınıb və müxtəlif xəsarətlər alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az