Yevda Abramovla vida mərasimi keçiriləcək

Xəbərlər

08.12.2019 - 11:48

Həkimlər Klinikalar SEO Xidməti

Vida mərasimində respublikanın dövlət və ictimai xadimləri iştirak edəcək

 

Milli Məclisin vəfat etmiş deputatı, İnsan hüquqları komitəsinin sabiq sədr müavini Yevda Abramovla vida mərasimi Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət Evində keçiriləcək.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, vida mərasimində iştirak etmək üçün paytaxtdan və respublikanın bölgələrindən dövlət və ictimai xadimləri Qubaya gəlib.

 

Vida mərasimi bu gün saat 12:00-da B.Səfəroğlu adına Quba mədəniyyət evində keçiriləcək.

 

Mərasimdən sonra mərhum Qırmızı Qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş