Muzeydə 2023-cü ilin oktyabr ayından etibarən genişmiqyaslı təmir işləri başlayacaq
Berlinin ən məşhur muzeylərindən biri olan Perqamon muzeyi 14 ilə qədər davam edəcək genişmiqyaslı təmir və yenidənqurma üçün 23 oktyabr 2023-cü ildə qapılarını ziyarətçilərin üzünə bağlanacaq. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
Qeyd edilib ki, muzeyin yenidən qurulmasına 1,2 milyard avrodan çox vəsait xərclənəcək.
Eyni zamanda, 2027-ci ilə qədər muzeyin şimal qanadının ayrı-ayrı hissələrinin ziyarətçi üçün açıq qalacağı, qalanlarının isə bağlı qalacağı bildirilir.
Qeyd edək ki, Perqamon muzeyi Berlinin mərkəzində, Şpre çayı üzərindəki “Muzey adası”nda yerləşən beş muzeydən biridir. Bu muzeydə üç muzeyin kolleksiyaları var: Antik kolleksiya, İslam İncəsənəti Muzeyi və Asiya Muzeyi. Burada qədim monumental memarlığın müxtəlif eksponatları təqdim olunur.