Bakıda təşkil olunan yürüş “Ağ şəhər” bulvarında flaşmobla başa çatıb
Zəfər Günü münasibətilə Bakıda təşkil olunan yürüş “Ağ şəhər” bulvarında flaşmobla başa çatıb.
AYNA xəbər verir ki, flaşmob “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunub.
Flaşmobda könüllü gənclərin iştirakı ilə Vətən müharibəsinin rəmzi olan “Dəmir yumruq” kompozisiyası yaradılıb.