Fondun rəhbəri vəzifəsinə Elvin Hüseynov təyinat alıb
Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılmasının bir ayı tamam olur. Bu gündən etibarən "YAŞAT" Fondunun portalı və "Qaynar xətt"i istifadəyə verilib.
Ayna xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev yanvarın 8-də keçirilən brifinqdə deyib.
Onu da qeyd edək ki, fondun rəhbəri vəzifəsinə Elvin Hüseynov təyinat alıb. Fondun müdir müavini vəzifəsini Rəbiyyə Cəfərovaya yerinə yetirəcək. O, əvvəllər "ASAN Könüllüləri" Təşkilatının sədr müavini, daha sonra "ASAN məktub" layihəsinin rəhbəri vəzifəsində işləyib.