Xocavənd Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb
Xocavənd rayonunda 1 nəfərin ölümü, digər şəxsin isə xəsarət alması ilə nəticələnən mina partlayışları üzrə araşdırma aparılır. AYNA xəbər verir ki, bu barədə Xocavənd Rayon Prokurorluğundan bildirilib.
Qeyd olunub ki, oktyabrın 13-də saat 05 radələrində işğaldan azad edilmiş Xocavənd rayonu, Haramı düzü ərazisində 2 ədəd yük maşınının minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı hadisə nəticəsində “QAZel” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Famil Əbilovun ölməsi və “Mercedes-Benz Atego” markalı avtomobilinin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.