Hadisə nəticəsində bir nəfər xəsarət alıb
Avqustun 24-də saat 11:30 radələrində Xocalı rayonunun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman 1 ədəd traktorun tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən isə bildirilib ki, avqustun 24-ü Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun tank əleyhinə minaya düşməsi nəticəsində 1987-ci il təvəllüdlü Əfqan Ələkbərlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb.
Hazırda faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.