Hacı Zeynalabdin Tağıyev və Səttar Bəhlulzadə küçələrinin də əsaslı təmiri nəzərdə tutulub
Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Xırdalan şəhərinin Nizami Gəncəvi və Qalubiyyə küçələrinin təmiri artıq yekunlaşdırılıb.
AYNA xəbər verir ki, bu barədə AAYDA-nın Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
A.Nəcəflinin bildirdiyinə görə, Qalubiyyə küçəsinin uzunluğu 1.1 km, eni 10 m, Nizami Gəncəvi küçəsinin uzunluğu 1.6 km, eni isə 12 m təşkil edir: "Bu küçələr üzrə asfaltlanmış ərazinin sahəsi 12.5 min kv.m təşkil edir".
"Növbəti mərhələdə 1.5 km uzunluğa malik Hacı Zeynalabdin Tağıyev və 1.2 km uzunluğa malik Səttar Bəhlulzadə küçələrinin əsaslı təmiri nəzərdə tutulub", - qurumun sözçüsü qeyd edib.