Xırdalanda ata və oğlu bıçaqlanıb

Xəbərlər

24.11.2023 - 10:47

Bir nəfər şübhəli şəxs qismində saxlanılıb

Noyabrın 23-də gecə saatlarında Xırdalan şəhərində ata və oğluna kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Ramal Zamanov saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş