XİN: Səfirliyimizə qarşı terror aktında yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb

Xəbərlər

30.01.2023 - 04:46

Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində paylaşım edilib

29 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralanmış həmkarlarımızın təxliyyəsi başa çatıb.

AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində paylaşım edilib.

"Allah şəhidimiz Orxan Əsgərova rəhmət eləsin!", - deyə bildirilib.

Müəllif: Ayna.az