XİN-dən Ağalı kəndi barədə paylaşım

Xəbərlər

20.06.2022 - 14:48

Həkimlər Klinikalar SEO Xidməti

"Ağalı sakinləri tezliklə öz evlərinə qayıdacaqlar"

"Zəngilanın Ağalı kəndinin sakinləri tezliklə öz evlərinə qayıdacaqlar". AYNA xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva “Twitter“ hesabındakı paylaşımında qeyd edib.

“Tezliklə Qarabağdan və digər yerlərdən qaçmağa məcbur edilmiş bir çox ailə 30 il sonra ilk dəfə Ağalıdakı evlərinə qayıda biləcəklər. Bu, işğal zamanı evlərini itirənlər üçün önəmli andır və məhəllələrin yenidən inşasında birinci addımdır”, - L.Abdullayeva qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş