XİN başçısı: “Sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə ehtiyac var”

Siyasət

05.11.2022 - 12:05

Ceyhun Bayramov Zəfər Gününə həsr olunmuş tədbirdə çıxış edib

“Azərbaycan sülh gündəliyinə sadiqdir. Hesab edirik ki, Praqa və Soçidəki görüşlərdən sonra sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə ehtiyac var”.

AYNA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, üçtərəfli bəyanatın müddəlarına zidd olaraq Ermənistan silahlı birləşmələri hələ də tam olaraq Azərbaycan ərazilərindən çıxarılmayıb: “Eyni zamanda, azad olunan ərazilərdə mina təhlükəsi qalmaqdadır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş