Xəzərdə zəlzələ olub

Hadisə

05.10.2025 - 08:23

Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib

Astara stansiyasından 13 km cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən AYNA.AZ-a verilən məlumata əsasən, yerli vaxtla saat 05.36-da qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub.

Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş