Xəzərdə batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub

Xəbərlər

05.07.2023 - 00:24

FHN dənizdə xilasetmə əməliyyatı barədə məlumat yayıb

Xəzər dənizdə batma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Qızılqum”, “Mingəçevir” sularda xilasetmə məntəqələrinin ərazisində və “Qızılqum” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş