Səfərdə 80-dən çox diplomat və hərbi attaşe iştirak edir
Azərbaycanda fəaliyyət göstərən xarici ölkə diplomatlarının Kəlbəcərə səfəri başlayıb. AYNA xəbər verir ki, səfərdə 80-dən çox diplomat və hərbi attaşe iştirak edir.
Səfər çərçivəsində diplomatik korpus nümayəndələri “ Kəlbəcər-1” Su Elektrik Stansiyası, yeni inşa edilən Murovdağ tuneli, Bayraq meydanı, Tarix-diyarşünaslıq muzeyi, Qədim daş heykəlləri, Şahmat məktəbinin binası və “İstisu” sanatoriyasını ziyarət edəcəklər.
Səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin işğal zamanı Kəlbəcərdə törətdiyi vəhşiliklərlə və cinayət izləri ilə tanış etməkdir.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da Kəlbəcərə səfər edənlər arasındadır.