Xankəndinin “Qrad”la atəşə tutulması yalandır

Xəbərlər

20.09.2023 - 01:07

Müdafiə Nazirliyi təkzib etdi

Ermənistanın bəzi sosial media hesablarında guya Xankəndi şəhərinin Silahlı Qüvvələrimiz tərəfindən “Qrad” yaylım atəşli reaktiv sistemindən atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır.

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az