Xalq şairi Hüseyn Arifin qızı vəfat edib

Mədəniyyət

05.12.2023 - 17:36

Zöhrə Hüseynzadə öz vəsiyyətinə uyğun olaraq Mehdiabad qəsəbəsində dəfn olunub

Xalq şairi Hüseyn Arifin qızı Zöhrə Hüseynzadə bu gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib. AYNA xəbər verir ki, bu barədə “Qazax Xeyriyyə Cəmiyyətinin məlumatında bildirilib.

Qeyd edilib ki, Zöhrə xanım öz vəsiyyətinə uyğun olaraq bu gün Abşeron rayonunun Mehdiabad qəsəbəsində dəfn olunub.

Xatırladaq ki, Hüseynzadə Zöhrə Arif qızı 1951-ci 30 sentyabrda Qazax rayonunun (indiki Ağstafa rayonu) Yenigün kəndində anadan olub. 1956-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüblər. Zöhrə Hüseynzadə Bakı şəhər 190 N-li tam orta məktəbini bitirib.

Azərbaycan Tibb Universitetinin Müalicə-profılaktika fakültəsini bitirib. İlk illərdə 3N_li şəhər xəstəxanasında həkim-kardioloq kimi çalışıb. 18 il Yasamal rayon Səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü  olub. 2000-ci ildə Respublika Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunur. Zöhrə xanım yaşadığı ömür müddətində həm həkim kimi, həm də ictimai-fəal kimi daim  xalqımıza vicdanla xidmət edib.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az