Sədrin, katiblərin və seksiya rəhbərlərinin iştirakı ilə qurultayqabağı toplantı keçirilib
Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin, katiblərin və seksiya rəhbərlərinin iştirakı ilə seksiyaların qurultayqabağı toplantısı keçirilib. AYNA xəbər verir ki, bu barədə AYB-nin Mətbuat Xidmətinin məlumatında qeyd edilib.
Bildirilib ki, keçirilən topantıda qurultayqabağı hazırlıq məsələləri müzakirə edilərək seksiya rəhbərlərinin təklifləri dinlənilib. Müzakirələr zamanı qərara alınıb ki, sentyabrın 2-də poeziya və uşaq ədəbiyyatının, 9-da nəsr və dramaturgiya, 16-da isə tənqid və tərcümə seksiyalarının birgə və geniş toplantısı keçirilsin.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı oktyabr ayının 5-də Bakı şəhərində keçiriləcək.