Möminə Xatun türbəsi bərpa olunacaq

Mədəniyyət

24.09.2024 - 11:37

Həkimlər Klinikalar SEO Xidməti

“Atelier Erich Pummer GMBh” şirkəti ilə müqavilə bağlanıb

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”na uyğun olaraq Möminə Xatun türbəsinin bərpası və ərazinin abadlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması məqsədilə “Atelier Erich Pummer GMBh” şirkəti ilə müqavilə bağlanıb. AYNA xəbər verir ki, bu barədə Muxtar Respublikanın Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, sentyabrın 22-də şirkətin rəhbəri Erik Pumer və işçi qrup Naxçıvana gəlib, Möminə Xatun türbəsinin mövcud vəziyyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün ilkin baxış keçirilib.

Qeyd edək ki, şirkət Azərbaycanda bu sahədə 15 ildən çoxdur fəaliyyət göstərir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş