Onun vəziyyəti ağır stabil qiymətləndirilir
Azərbaycanın Xalq artisti, Milli Konservatoriyanın professoru, kaman ustası Fəxrəddin Dadaşov xəstəxanaya düşüb.
AYNA xəbər verir ki, Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından “Qafqazinfo”ya verilən məlumata görə, sənətkar dekabrın 27-də saat 20:40 radələrində beyin-qan dövranının kəskin pozulması, şəkərli diabet diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Xalq artistinin vəziyyəti ağır stabil qiymətləndirilir.