Xaçmazda sənədsiz silahlar polisə təhvil verilib

Xəbərlər

18.11.2023 - 22:15

Qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib

Xaçmazda 5 ədəd sənədsiz silah polisə təhvil verilib. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 5 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş