"WhatsApp"da çoxdan gözlənilən funksiya işə salınıb

Maraqlı

24.11.2021 - 21:49

Hazırda yalnız PC versiyası stikerlər yarada və əlavə edə bilər

"WhatsApp" sosial şəbəkəsində yeni funksiya işə salınıb. AYNA xəbər verir ki, funksiya beta versiyada ortaya çıxıb və tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.

Bu funksiya istifadəçiyə mövcud olan şəkillərdən stikerlər yaratmaq imkanı verir. Hazırda yalnız PC versiyası stikerlər yarada və əlavə edə bilər. Yeniliyin əvvəlcə "Android" əməliyyat sisteminin istifadəçiləri, daha sonra isə "iPhone" sahibləri üçün əlçatan olacağı gözlənilir.

Qeyd edək ki, bu funksiya "Telegram" messencerində artıq mövcuddur. "Telegram"dan fərqli olaraq, "WhatsApp"da şəkli fondan ayırmağa, kəsməyə və ya çevirməyə imkan verən tamhüquqlu redaktor olacaq.

Müəllif: Ayna.az