İş adamlarının qarşısında yeni imkanlar açılacaq

İqtisadiyyat

18.11.2020 - 15:15

Həkimlər Klinikalar SEO Xidməti

Deputat: “Yani qaydalar imkan verəcək ki, həm sahibkarlar vergi və gömrük güzəştlərinin tətbiqində fəal iştirak edə bilsinlər, həm də onlar üçün güzəştlər tətbiq olunsun”

 

Ölkəmizdə yeni vergi-gömrük güzəştləri tətbiq olunacaq. Sahibkarlar bu sistem vasitəsilə həm yeni imkanlar əldə edəcəklər, həm də güzəştlərin səmərəliliyi təmin olunacaq.

 

Ölkədə tətbiq olunan vergi və gömrük güzəştlərinə yenidən baxılacaq. Yeni qaydalarla güzəştlərin sektorun inkişafına nə qədər və necə təsir etdiyini əvvəlcədən müəyyən etmək mümkün olacaq. Hazırda Maliyyə Nazirliyinin cəlb etdiyi podratçı tərəfindən vergi və gömrük sahəsində güzəştlərə dair mərkəzləşdirilmiş, elektron reyster sisteminin qurulması və aidiyyəti qurumların həmin sistemə inteqrasiyası ilə bağlı müvafiq işlər yekunlaşmaqdadır. Bu sistem vasitəsilə müəssisə və təşkilatlar öz təkliflərini səsləndirə biləcəklər.

İqtisadçı Vüqar Bayramov 71% səs çoxluğu ilə qalib gəldi, seçicilərə  müraciət etdi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun AYNA-ya dediyinə görə, hökumət tərəfindən həmin təkliflər qiymətləndiriləcək: “Onların nəticələrinə uyğun olaraq həmin sektorda güzəştin tətbiq edilib-edilməməsi ilə bağlı qərar veriləcək. Təbii ki, bu, bir tərəfdən imkan verəcək ki, sahibkarlar vergi və gömrük güzəştlərinin tətbiqində fəal iştirak edə bilsinlər, prosesə töhfə versinlər, digər tərəfdən sahibkarları maraqlandıran məsələlərlə bağlı güzəştlərin tətbiqi mümkün olsun. Praktiki olaraq nəzərə alaq ki, bu zaman artıq təklif sektorun özündən gələcək”.

 

Artıq sahibkarların inkişafı üçün təkliflər də hazırdır. Təklif olunur ki, savaş dövründə Azərbaycana dəstək olan ölkələrin məhsullarına gömrük rüsumları sıfırlansın. Bu, bizə dəstək olan ölkələrlə həm də iqtisadi əlaqələrin möhkəmləndirilməsi deməkdir. Eyni zamanda, həssas sektorda - turizmdə çalışan sahibkarlar üçün güzəştlər də var. Bu sahibkarlara 18 faiz ƏDV deyil, daha aşağı faiz təklif edilir.

 

Yeni qaydalara görə, hazırda qüvvədə olan vergi və gömrük güzəştlərinin də effektivliyi qiymətləndiriləcək. İnteqral əmsal 0,3-dən aşağı olduqda, güzəştlər səmərəsiz, 0,3-0,6 aralığında olduqda səmərli, 0,6-1 aralağında olarsa, yüksək səmərəli hesb olunacaq.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

İqtisadçı-ekspert Rəşad Həsənov AYNA-ya açıqlamasında deyib ki, qanunlarda dayanıqlılıq nümayiş etdirilmirsə, bu zaman artıq biznesin qaydalara, qanunlara etibarlılığı aşağı düşür: “Və uzunmüddətli proqnozlaşdırma aparmaq mümkün olmur. Ona görə də, ümumiyyətlə, istənilən sahədə, eyni zamanda vergi və gömrük sahəsində qaydaların daha uzunmüddətli olmasının təmin edilməsi məqsədilə onun əvvəlcədən səmərəliliyinin qiymətləndirilməsi daha effektiv mexanizmlərin, hüquqi əsasların yaradılmasına şərait yaradacaq”.

 

Qeyd edək ki, sözügedən qaydalar gələn il yanvarın 1-dən tətbiq olunacaq. Bu da gələn ildən sahibkarlar üçün həm də yeni güzəştlərin qüvvəyə minməsi deməkdir.

Müəllif: Ülviyyə Şahin