Uşaqların çimərliklərdə virusa yoluxması məsələsinə aydınlıq gətirilib

Xəbərlər

06.08.2025 - 17:31

“Bakterioloji çirklənmə aşkarlanan ərazilərdə nəzarət tədbirləri davam etdirilir”

“Hazırda Abşeron yarımadasında, respublikanın şimal və cənub rayonlarında fəaliyyət göstərən çimərliklərdə Mərkəz tərəfindən monitorinqlər davam etdirilir”. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu sözlər Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin yaydığı açıqlamada əksini tapıb.

Bildirilib ki, monitorinqlər kompleks şəkildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə dövlət Nəzarəti Xidməti əməkdaşlarının iştirakı ilə həyata keçirilir.

Çimərlik mövsümünün keçən dövrü ərzində hər hansı yoluxucu xəstəlik hadisəsi qeydə alınmayıb, dəniz suyunda bakterioloji çirklənmə aşkarlanan ərazilərdə nəzarət tədbirləri davam etdirilir.

Xatırladaq ki, son günlər uşaqlar arasında bağırsaq virusuna yoluxma hallarının qeydə alındığına dair məlumatlar yayılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş