“Bu, mənim Kiyevə səkkizinci səfərimdir”
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevə gəlib.
AYNA xəbər verir ki, bu barədə Leyenin özü “X” sosial şəbəkəsində yazıb.
“Bu, mənim Kiyevə səkkizinci səfərimdir”, deyə AK rəhbəri qeyd edib.
Kiyevdə fon der Leyen müdafiə məsələlərini, həmçinin G7-dən Ukraynaya kredit verilməsini müzakirə etmək niyyətindədir.