Ulduzlardan xəbər var – AYNA-nın qarşısına keçin

Maraqlı

04.01.2022 - 11:20

Cari il ərzində hansı bürcün nümayəndələrini nə kimi sürprizlər gözləyir?

Türkiyənin məşhur astroloqu Filiz Özkol 2022-ci il üçün proqnozlarını açıqlayıb. AYNA həmin proqnozları təqdim edir:

Qoç bürcü

2021-ci il sizin üçün olduqca ağır keçib, amma 2022-ci il çox fərqli bir il olacaq. Enerjiniz olduqca yüksələcək. Özünüzə məhdudiyyətlər qoymaq və enerjinizin dağılmasını istəməyəcəksiniz. Diqqətinizi nələrə yönəltmisinizsə, həmin istiqamətlərdə çox uğurlu olacaqsınız. Yanvar ayının 1-dən Yupiter karyera evinizdə sizi dəstəkləyəcək.

2008-ci ildən başlayan və bu ilə qədər davam edən çox çətin bir dönəmdən keçmisiniz. Lakin iş həyatınız, gündəlik həyat tərzinizdə ciddi dəyişikliklərin olması gözlənilir. Özünüzü yenidən yaradacaqsınız. İş həyatınızda daha yaxşı ola bilmək üçün əla fürsətlərlə qarşılaşacaqsınız. Uzun zamandır sizi yoran mövzular varsa, onları həll edəcəksiniz. Bu da enerjinizi yüksəldəcək.

Aprel və may aylarında yatırım etmək üçün fürsətləriniz olacaq. “Daha çox pul qazanmaq üçün nələr edə bilərəm?” sualı sizi çox düşündürəcək. May ayının 11-nə qədər Yupiter sizin iş və sağlamlıq evinizdə olacaq. Bu ərəfədə bir az kökələ bilərsiniz. Lakin xoş əhvalınız və ətrafınızdakı insanlarla olan yaxşı münasibətiniz sağlamlığınızı qorumağa kömək edəcək.

2022-ci ildə sağlam qərarlar verməyə diqqət etməyiniz və qərar verərkən sadəcə öz hissiyatınıza daha çox güvənməyiniz tövsiyə edilir. Eyni zamanda çoxdankı vərdişlərinizdən sizi narahat edənləri geridə qoymağın da bu il əsl zamanıdır.

Buğa bürcü

2019-cu ildə Uran sizin bürcünüzə keçdi. Bu keçid ilə birlikdə Dolça bürcünün xüsusiyyətlərini yaşamağa başladınız. Çünki Uran Dolça bürcünü idarə edir. Siz artıq əvvəlki siz deyilsiniz. Uran 2026-2027-ci illərə qədər sizin bürcünüzdə olacaq. Buna görə sizi sürprizlər, dəyişimlər, nələrinsə bitməsi, başlaması, inanılmaz gedişatlar gözləyir.

Platon 2008-ci ildən bu yana ruhi evinizdə – 9-cu evdə irəliləyir. Bu il boyunca da burada qalacaq. Xarici ölkələrə səyahət, məskən sala biləcəyiniz yeni yerlərin kəşfi, emosional baxımından özünüzü inkişaf etdirmək, əskiklik hiss etdiyiniz tərəflərinizin tamamlanması, yüksəlməyiniz baxımından dəstək alacaqsınız. Bütün bunlar anidən həyatınızı dəyişdirəcək olaylara səbəb olacaq.

Çox güclü, sistemli, proqramlı münasibətlər içərisində olacaqsınız. Saturnun sərt təsiri ilə dəqiqliyinizi bərpa etməyiniz üçün fürsət yaranacaq.

İlin ilk altı ayı Yupiter 11-ci evinizdə olacaq. Bura ətrafdakılarla münasibətinizi müəyyənləşdirən, yeniliklərin yaşandığı evdir. Daha bəzi şeyləri geridə qoymağınız lazımdır. Yeniliklərə imza atmaq istəyirsiniz. Bunun üçün də 9-cu evinizdə olan Pluton sizə dəstək verəcək. Pluton və Saturnun təsiri sizə bu il xarici ölkələrdə iş, karyera qurmağa dəstək verəcək.

2022-ci ilin ilk altı ayında tanış olacağınız, qarşılaşacağınız insanlara diqqət edin. Həyatınız boyunca sizə zirvəyə gedən yolda yoldaşlıq edəcək insanlarla qarşılaşa bilərsiniz.

Bu il ancaq iş, yenə də iş deyəcəksiniz. İlin əvvəlində çəkdiyiniz əziyyətin nəticəsini ilin ikinci yarısından sonra görməyə başlayacaqsınız.

Aprel-may, oktyabr-noyabr ayları sizin üçün önəmli aylar olacaq. Bu dörd ayda önəmli qərarlar qəbul edəcəksiniz. Aprel və may aylarında, xüsusilə də 30 aprel və 16 may tarixlərində bir qərar vermə ilə üz-üzə qalacaqsınızsa, daha diqqətli olun. Bu qərarlarla həyatınızı tamamilə dəyişə bilərsiniz. Sürprizlərə hazır olun. Yaz aylarına doğru  evliliklə bağlı qərarların alınması da  gözləniləndir.

Əkizlər bürcü

2021-ci ilin ikinci yarısından pul məsələləri sizi ciddi narahat edir. Buna görə də 2022-ci ildə maddi problemlərinizi həll etmək, uğurlu yatırımlar etmək ən çox istədiyiniz şeydir. Ümumilikdə isə stabil işlər sizə görə deyil. 2022-ci ilin may-iyun aylarında yatırım etmək üçün fürsətləriniz olacaq. İş həyatınızda hərəkətlilik yanvar ayından başalayacaq. Lakin bütün diqqətinizi işə verib ailənizlə maraqlanmağı unutmayın. İkisi arasında balansı qorumağa çalışın.

Bu il iş üçün səyahətlər, fərqli mühitlərdə olmaq üçün şanslı olacaqsınız. Mart ayı karyeranız üçün olduqca önəmli zaman dilimi olacaq. Planlar qurmaqdan qorxmayın. Yaz aylarınız dinamik keçəcək. İyul, avqust aylarında Günəş Şir bürcündə irəliləyəcək. İlin ikinci yarısını ən gözəl keçirən bürc siz olacaqsınız.

Yanvar ayından başlayan və may ayına qədər yüksələn xətt üzrə davam edən iş uğurları sizi başqaları üçün də olduqca faydalı hala gətirəcək. Bir çox insanın da işini həll edəcəksiniz. Enerjiniz olduqca yüksək olacaq. Sizlə işləyən insanlar özlərini şanslı hiss edəcəklər. Siz də onlarla birlikdə öz standartlarınızı daha da yüksəldəcəksiniz.

Xərçəng bürcü

Başqalarına çətin görünən işlər sizin üçün, necə deyərlər, uşaq oyuncağı olacaq. Yupiter may ayında karyera evinizdə irəliləməyə başlayacaq. Bu il iş həyatınızda yeni mərhələyə qədəm qoyursunuz.

Yanvar ayından diqqətləri özünüzə çəkməyi bacaracaqsınız. Sevgi həyatınızda fevral ayında beyninizi qarışdıracaq seçimlərlə üz-üzə qala bilərsiniz. Mart ayında təkliyə üstünlük verəcək, dostlarınızla dərdləşməyə çalışacaqsınız.

Yanvar ayından maliyyə evinizdə Merkuri və Saturn birlikdə hərəkət edəcək. Daha çox pul xərcləmək istəyə bilərsiniz, amma diqqətli olun ki, bədxərclik etməyəsiniz. 15 fevraldan maliyyə evinizdə güclənmə olacaq.

Aprel ayında əməkdaşlıq etdiyiniz şəxsləri düşüncələrinizlə təsiriniz altına sala biləcəksiniz. May ayında liderlik xüsusiyyətiniz özünü göstərəcək. 22 iyundan Günəş özəl evinizə keçid edir. İntellektual mövzularda özünüzü daha aydın ifadə edə, göstərə biləcəksiniz.

Oktyabr ayında iş həyatınızda önəmli bir razılıq əldə etmək istəyirsinizsə, gözəl fürsətlər olacaq. 8 noyabrda Buğa bürcündə Ay tutulması olacaq. Bu, sizi karyeranızda daha da gücləndirəcək. Dekabr ayı bir qədər çətin keçə bilər, çünki həmin ərəfədə başınız karyeranıza qarışmış olacaq.

Yanvar ayında ağciyərlərinizdən muğayat olun. Havasız yerlərdən, qapalı məkanlardan uzaq durun. Bu il mədə və həzm sisteminizə də diqqət etməlisiniz. İdman etməli, az yeməlisiniz. Amma qorxmayın, xroniki bir narahatlığınız varsa da, Saturn sağalmağınızı qorumaqda sizə dəstək verəcək.

Şir bürcü

İlin ilk altı ayında Yupiter Balıq bürcündə olacaq. Çox qismətlisiniz. 8-ci ev maliyyə evidir. Ortaqlarınız sayəsində bir miqdar pul qazanacağınız da istisna edilmir. Siz istəsəniz də, istəməsəniz də, maliyyə vəziyyətinizlə bağlı irəliləmələr olacaq.

Yatırımlar edəcəksiniz. Bu məsələdə də olduqca ağıllı davranacaqsınız. Nəyə və nə zaman yatırım edəcəyinizi çox yaxşı bilirsiniz. Birlikdə işlədiyiniz insanlar sizə güvənəcəklər. Onların imkanlarından faydalanmaq şansınız olacaq. Xüsusilə də ilin ilk altı ayında pul məsələlərində çox uğurlu olacaq, onunla necə rəftar etməli olduğunuzu çox yaxşı biləcəksiniz.

Fəqət, yeni ildə səhhətinizə qarşı diqqətli olun. Pluton 6-cı evinizdə - sağlamlıq evinizdə olacaq. Depressiyaya düşməyə meyilli olacaqsınız. Gündəmə gəlməsini istəmədiyiniz mövzular anidən gün üzünə çıxa bilər. Hər şeyə rəğmən sağlamlıq və maliyyə evinizdə gözəl irəliləyişlər olacaq. Sadəcə istəmədiyiniz halda bir qədər kökələ bilərsiniz. Bəzi məqamlarda özünüzə qapanıb bol-bol yeyə bilərsiniz. Gözəl görünüşünüzü qorumağa diqqət edin. Qidalanma ilə bağlı ipləri əlinizdən buraxmayın.

Bu il uzun müddətdir satmaq istəyib sata bilmədiyiniz əmlakınız varsa, satacaqsınız. May və ya oktyabr aylarında bunun üçün uğurlu zaman olacaq. Eyni zamanda uzun müddətdir, almaq istədiyiniz əmlak varsa, payızda və ya yaz aylarında bu arzunuzu da reallaşdırmaq imkanınız olacaq. Dəyərləndirmək istədiyiniz əmlakınız varsa, bunun üçün ən uğurlu zaman 16 maydan sonra olacaq.

Şirlər bu il nə edirlər etsinlər, uğurlu olacaqlar. Emosional vəziyyətinizdə tarazlığı qorumağa çalışın. Münasibətlərə, xüsusilə də sevgi münasibətlərinə daha çox zaman ayıra bilərsiniz. Ancaq yaz aylarında uzaqlardan gələn, başqa bir şəhərdə yaşayan, xəyallarınızdakı insanla qarşılaşa bilərsiniz. Yay ayları, xüsusilə də iyul-avqust sizin üçün çox uğurlu keçəcək.

Qız bürcü

Uzun illərdir ki, Uran 7-ci evinizdə retro pozisiyasında idi. Ara-sıra hərəkət etsə də, daha çox retro yaşadırdı. Buna görə də münasibətləriniz qaydasında getmirdi. Çünki Uran sizin sevgi və sosial evinizdəydi. Bu da sizi bir qədər özünüzə qapadır, içinizdəki enerjini bölüşəcəyiniz insanlarla qarşılaşmağınıza mane olurdu.

Ancaq bu ərəfədə iş həyatınızda uğurlu idiniz. Enerjinizi bu istiqamətdə xərcləmisiniz və bir qədər yorulmusunuz. Saturn 6-cı evinizdədir və iş həyatınızda sizi dəstəkləyir. Planlı olmağa davam edin. Özünüz kimi birlikdə işlədiyiniz insanlardan da planlı işləmələrini gözləyirsiniz.

2022-ci ili çox gözəl qarşılayacaqsınız. Çünki Yupiter 7-ci evinizdədir. Bu ev sizin sevgi, evlilik, iş münasibətlərinizi təmsil edir. Bu istiqamətlərdə enerjiniz yüksəlir.

Həyatınızın ən böyük sevgisi ilə qarşılaşma ehtimalınız da yüksəkdir. Eyni zamanda uzun illərdir bir səmtə çıxara bilmədiyiniz sevginiz varsa, bu il onunla bağlı dəqiq qərar vermək üçün də şansınız yüksək olacaq. Həmçinin keçmiş bir sevginizlə qarşılaşıb evlilik barəsində də düşünə bilərsiniz.

Sosial həyatınızda ürəyinizcə olan insanlarla qarşılaşacaqsınız. İl boyunca iş həyatınız uğurlu keçəcək. Amma imza atarkən ehtiyatlı olmağınızda fayda var.

İlin ikinci yarısında, may ayında Qoç bürcündə Yupiter var. Bu, sizə 6 ay ərzində planladığınız işlərdən sürpriz pullar qazandıracaq və bu pullar istədiyiniz yollardan gələcək.

2022-ci ilin ilk altı ayında tez-tez maddi mövzular gündəmə gələcək. Bu ərəfədə sevgi məsələləri də gündəminizə çevriləcək. Lakin Qız bürcü nümayəndələrinin ən sevdiyi mövzu olan pul daha çox diqqətlərini çəkəcək.

2022-ci ildə diqqət etməli olduğunuz məqam ilk başdan çox cazibəli görünən işlərdir. Ani qərarlar verməyi sevsəniz də, 2022-ci ildə daha diqqətli olun. Münasibətlərdə isə şans daim sizinlə olacaq.

Tərəzi bürcü

Saturn sizi bu il sevgi evinizdə dəstəkləyəcək. Bu evinizdə yüksək bir enerji var. İş həyatınızda kimləsə tanış ola və çox gözəl bir münasibət yaşaya bilərsiniz.

Yanvar ayından Yupiter karyera evinizdə olacaq. Önəmli insanlarla tanış olmaq, sizin tərzinizdə olan insanlarla birlikdə işləmək istəyiniz artacaq. Bu məsələdə haqlısınız. Çünki daha suya yazı yazmaq istəmirsiniz. Bacarıqlarınız güclüdür. Tərəzilər işlədikləri istiqamətlərdə həm faydalı, həm də uğurlu olmağı istəyən insanlardır.

Yupiter bu istiqamətdə yanvar ayından 11 maya qədər sizə dəstək verəcək. Payıza qədər çox yaxşı çalışmaq üçün münbit mühitiniz olacaq.

Aprel və may aylarında pul məsələləri əsas gündəminizə çevriləcək. Həm özünüzə yatırım edəcəksiniz, həm də əlinizdəki pulu çox yaxşı dəyərləndirəcəksiniz.

2022-ci il ümumulikdə siz Tərəzilər üçün çox yaxşı keçəcək. Xüsusilə də yay aylarında enerjiniz olduqca yüksək olacaq, 2023-cü il üçün hazırlaşacaqsınız. Buna görə də 2022-ci ilin birinci yarısını çox yaxşı dəyərləndirməyə diqqət edin.

Əqrəb bürcü

Bu ili sizin üçün dəyişim ili də adlandırmaq olar. Münasibətləriniz öz istiqamətini dəyişəcək. Qorxularınıza qalib gəlin. Xüsusilə də ilin ilk altı ayı sevgi və sosial mühitiniz çox yaxşı görünür.

İlin ilk altı ayında çalışın ki, çox aktiv olasınız. Gəzməyə, görməyə vaxt ayırın. Dərin-dərin düşünmək sizə xas bir özəllik olsa da, bu müddətdə bir qədər bundan uzaqlaşmağı bacarın.

2022-ci ildə ətrafınızı nə qədər genişləndirsəniz, o qədər yaxşı olacaq. Yanvar ayından başlayaraq həyatınız sürətlənəcək. Həm başqalarına faydalı olacaqsınız, həm də lazım olanda başqalarından kömək ala biləcəksiniz. Xüsusilə yaz aylarında həyatınız daha sürətli olacaq. Heç təcrübəniz olmayan işlərdə özünüzü sınamış olacaqsınız.

30 aprel Buğa bürcündə Günəş tutulması, 16 may Əqrəb bürcündə Ay tutulması olacaq. Ulduzlar 16 may Ay tutulmasının Əqrəb bürcünə möhtəşəm xəbərlər gətirəcəyini söyləyir. Uzun müddətdir gözlədiyiniz münasibətə qovuşacağınız gözlənilir. Bu münasibətin ilk ayaq səslərini Yanvar ayından eşitməyə başlayacaqsınız.

Bu il insanların sizi necə qəbul etməsini istəyirsinizsə, buna nail olacaqsınız. Ümumilikdə 2022-ci il sizin üçün sərt keçməyəcək. Sadəcə ailə içərisində münasibətlərinizə qarşı daha həssas yanaşamağa çalışın.

Sürprizlərə hazır olun. Xüsusilə də sevgi, insanlarla münasibətlərdə sizi xoş sürprizlər, dinamik il gözləyir. Yupiter bu il iş və sevgi həyatınızda sizi dəstəkləyəcək.

Oğlaq bürcü

Plutonun sizin bürcə keçdiyi 2008-ci ildən bu yana çox əziyyət çəkdiniz. Olduqca çox yoruldunuz, münasibətlərdə çətinliklərlə qarşılaşdınız. Özünüzü ifadə edərkən, ətrafınızdakı insanlarla danışarkən, yaşadıqlarınız sizi çıxılmaz vəziyyətlərlə üz-üzə qoydu. Artıq nəfəs almaq istəyirsiniz və 2022-ci il tam zamanıdır.

2022-ci ilin yanvar ayından Oğlaqlar üçün daha rahat günlər başlayır. Ancaq pul məsələlərində diqqətli olun.

Rəqəmsal dünyada, mediada daha uğurlu işlərə imza atdınız, bu istiqamətdə pul yatırmağı planlaşdırırsınız. Ümumilikdə Oğlaqlar pulları ilə necə davranacaqlarını yaxşı bilirlər. Bu il də bu istiqamətdə uğurlu olacaqlar.

Yupiter yanvar ayından sizin ünsiyyət evinizdə olacaq. Həyatınız rənglənəcək, dəyişikliklər olacaq. Uzun səfərələrə çıxacağınız gözlənilir. Rəqəmsal sahədə çalışırsınızsa, reklam təklifləri alacaqsınız. Bir çoxunuz kitab çap etdirəcək, yazı yazacaq.

2022-ci ilin ilk altı ayı çox çalışacaqsınız. May ayından sonra düşünməyə başlayacaqsınız. Hansı istiqamətdə yatırım etmək istədiyinizi dəqiqləşdirəcəksiniz.

Yupiter 11 maydan ailə, yuva evinizə keçəcək. Bəziləriniz ailəsinə ev alacaq. Bəziləriniz də evlənəcək. Evini yeniləyənlər, başqa səmtə köçənləriniz də olacaq.

2022-ci il sizin üçün ev, ailə, yatırım etmə istiqamətində olduqca uğurlu olacaq. Fürsətləri dəyərləndirin, çünki istəsəniz də, istəməsəniz də bu fürsətlər qarşınıza çıxacaq.

Dolça bürcü

Bu il sizin pul qazanacağınız ildir. Yupiter 30 dekabr 2021-ci ildə Balıq bürcünə keçid edir. Balıq bürcü isə sizin pul evinizi dəstəkləyir. Bu il ulduzlar inanılmaz dərəcədə böyük məbləğlər qazanacağınızı deyir. Bolluq, bərəkət sizinlə olacaq. Xüsusilə ilin ilk altı ayında görəcəyiniz işlər daha çox gəlir gətirəcək.

Yüksək bir enerjiyə sahibsiniz, amma həyatınız sürətləndiyi bir vaxtda diqqətinizin dağılmasına imkan verməyin. Saturnun təsirindən yararlanın.

May ayından sonra daha çox səyahət edəcəyiniz, yeni başlanğıclara qərar verəcəyiniz gözlənilir. Qısamüddətli işləriniz olacaq. Bu işlərdən yaxşı gəlir əldə edəcəksiniz. Çox çalışacaqsınız, bəlkə yorulacaqsınız, amma qazanacağınız pula dəyəcək.

2022-ci il karyeranızda “mən də varam” deyəcəyiniz il olacaq. Payız aylarına doğru ilin ilk altı ayında çəkdiyiniz əziyyətlərin meyvəsini yeməyə başlayacaqsınız.

2022-ci ilin Günəş və Ay tutulmaları Buğa və Əqrəb bürcündə olacaq. Əqrəb bürcü Dolçaların karyera evidir. Tutulmalar zamanı bir qədər diqqətli olmağınızda fayda var. Bu əsnada həmçinin Dolçalar başqa evə köçə, yeni ev ala bilərlər. Tutulmaların sizin üçün əsas təsiri hansısa vərdişlərinizdən vaz keçməyiniz, nələrdəsə fikirlərinizin dəyişməsi və s. olacaq. Bu ərəfədə yeni işlərdə özünüzü sınaya da bilərsiniz.

2022-ci il sizin üçün dəyişim ili ola bilər. Yaz aylarına doğru yeni fürsətlər çıxacaq. Lakin bu ərəfədə Saturnun sizin bürcünüzdə olduğunu unutmayın və gələn fürsətləri dəyələndirin. Ümumilikdə, işlərinizdən xeyir görəcək, uğur qazanacaqsınız. Enerjinizin yüksək olacağı bir il olacaq.

Balıq bürcü

2022-ci ilin ən şanslı bürcləri arasında Balıqlar başda gəlir. Çünki Yupiter 30 dekabr 2021-ci ildən sizin bürcünüzə keçid edib. Bu da o deməkdir ki, sizi daha çox bəsləyəcək, qarşınıza fürsətlər çıxaracaq, emosional enerjinizi artıracaq. Özünüzü daha bacarıqlı görəcəksiniz. İçinizdə saxladığınız bütün bacarıqlarınız üzə çıxacaq və bu, sizi daha da uğurlu edəcək.

İlin ilk altı ayında həyatınız daha dinamik keçəcək. Bundan bəzən yorulsanız da, məmnun qalacaqsınız. Neptun retrosu uzun müddət idi ki, əl-ayağınızı bağlamışdı. Artıq bunlar geridə qalacaq.

Bu il Günəş və Ay tutulmalarına diqqət edin. Tutulmaların nəticəsində həyatınız dəyişə bilər. İndiyə qədər şərtlərə görə seçmədiyiniz və ya cəsarət etmədiyiniz, ancaq xəyalını qurduğunuz şeyləri həyata keçimək fürsəti yaxalayacaqsınız. Dəyişməyə hazır və açıq olun.

2022-ci ildə iş və sevgi həyatınız hərəkətli keçəcək. Yaz aylarında iş və sevgi həyatınız arasında çox yaxşı balans quracaqsınız.

Ailənizlə bağlı qərarlar verərkən onların fikrini də dinləyin. Xarici ölkədən gələ biləcək təkliflərə qapılarınızı bağlamayın.

Balıq bürcü nümayəndələri Yupiterin təsiri altında bu il evliliklə bağlı qərar ala bilər, övlad sahibi olmaq istəyə bilərlər. İlin ən şanslı bürclərinə başçılıq edən balıqlara sonda kiçik bir tövsiyə isə kilonuzu nəzarətdə saxlamağa diqqət etməyiniz olacaq. Biz isə bürclərin nə vəd etməsindən asılı olmayaraq, bütün oxucularımıza yeni ildə xoş günlər, daim ümidli olmağı diləyirik!

Aləmdə

Müəllif: Aləmdə Nəsib

Ramanada faciə

Dünən, 17:26 Hadisə