“Biz bu payızda iki “Patriot” sistemi alacağıq"
Ukrayna bu payızda İsraildən iki “Patriot” hava hücumundan müdafiə sistemi alacaq. AYNA.AZ xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"İsrail sistemi Ukraynada bir aydır fəaliyyət göstərir. Biz bu payızda iki “Patriot” sistemi alacağıq", - deyə Zelenski jurnalistlərə bildirib.
Bundan əlavə, Zelenski Kiyevin Vaşinqtondan 90 milyard dollarlıq silah almasına dair ABŞ-la mövcud razılaşmaya əlavə olaraq müəyyən növ silahlar, o cümlədən uzaqmənzilli silahlar üçün müqavilələr bağlamağa hazır olduğunu bildirib.