Ali Rada hərbi vəziyyətin müddətini 90 gün uzadıb
Ukrayna Ali Radası (parlamenti) hərbi vəziyyətin müddətini 90 gün uzadıb. AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, Ukraynada hərbi vəziyyət 4 may 2026-cı il tarixindən etibarən saat 5:30-da qüvvəyə minərək 90 gün uzadılıb.
Xatırladaq ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini uzadan qanun layihəsi təqdim edib.