Ukrayna azərbaycanlıları ilə bağlı filmlərin çəkilişinə başlanılıb – VİDEO

Xəbərlər

28.04.2023 - 11:19

Azərbaycanlı iş adamları, elm xadimləri, dövlət xadimləri və digər şəxslərin fəaliyyəti Ukrayna auditoriyasına çatdırılır

Ukraynada yaşayan tanınmış azərbaycanlıların daha geniş auditoriyada tanıdılması prosesinə start çevrilib. AYNA xəbər verir ki, bununla bağlı qısametrajlı filmlərin çəkilişinə başlanılıb və artıq ilk film ərsəyə gətirilib.

Azərbaycanlı jurnalist İdrak Camalbəylinin və yerli jurnalist Viktoriya Romançenkonun təşəbbüsü və təşkilatçılığı ilə çəkilən filmdə Ukraynada yaşayan azərbaycanlı iş adamları, elm xadimləri, dövlət xadimləri və digər şəxslərin bir qisminin fəaliyyətindən Ukrayna auditoriyasına məlumatlar çatdırılıb. 

Ukraynadakı tanınmış azərbaycanlıların bir hissəsindən bəhs edən filmi təqdim edirik:

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş