UKMTO: Hörmüz boğazındakı təhlükə səviyyəsi kritik olaraq qalır

Dünya

04.05.2026 - 12:13

“Dənizçilər dəniz qüvvələrinin artan iştirakını və gücləndirilmiş təhlükəsizlik tədbirlərini gözləməlidirlər”

Böyük Britaniya Dəniz Ticarət Ofisi (UKMTO) Hörmüz boğazındakı dəniz təhlükəsizliyi təhdidi səviyyəsinin kritik olaraq qaldığını bildirən bəyanat yayıb. AYNA.AZ xəbər verir ki, bəyanat qurumun “X” sosial media platformasında paylaşılıb.

Bəyanatda deyilir: "Hörmüz boğazındakı dəniz təhlükəsizliyi təhdidi səviyyəsi regionda davam edən hərbi fəaliyyət səbəbindən kritik olaraq qalır".

“Dənizçilər dəniz qüvvələrinin artan iştirakını və gücləndirilmiş təhlükəsizlik tədbirlərini gözləməlidirlər”, - deyə vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş